Münhen "Bavariya"sı Robert Levandovskiyə əvəzləyici tapıb.

 Offsideplus.az xəbər verir ki, 33 yaşlı polşalı hücumçunun "Barselona"ya transferinin ardınca Bundesliqa təmsilçisi onun yerinə gətirəcəyi futbolçunu müəyyənləşdirib.

Söhbət İngiltərə millisinin və "Tottenhem"in hücumçusu Harri Keyndən gedir. 28 yaşlı forvard özü də "Bavariya"da oynamaq arzusundadır. Keyn "qırmızılar"ın əsas qol silahına çevrilmək istəyir.

İngiltərə mətbuatı hazırda tərəflər arasında danışıqların aparıldığını yazıb.