Münhen "Bavariya"sının hücumçusu Tomas Müller komandadan ayrılan polşalı hücumçu Robert Levandovski ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, Müller sosial şəbəkə hesabında bunları yazıb:

“Sağ ol, Robert. Gələcəkdə sənə ən yaxşısını arzulayıram. Çoxlu qollar, kuboklar, enişlər, uğurlar… Amma həmişə hörmətlə və əsl qalibiyyət ruhu ilə səkkiz xüsusi il idi”.

Qeyd edək ki, 33 yaşlı Levandovski yaxın vaxtlarda tibbi müayinədən keçəcək və “Barselona” ilə 3 illik müqavilə imzalayacaq.