"Voysburq" heyətinə yeni futbolçu qatıb. 

 Offsideplus.az  klubun rəsmi saytına istinadən  verir ki, Bundesliqa təmsilçisi "Bolonya"nın üzvü Mattias Svanberqi transfer edib. Klub isveçli yarımmüdafiəçi ilə imzalanan sözləşmənin detallarını açıqlamayıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2018-cı ilin yayından çıxış etdiyi Seria A təmsilçisində 123 oyunda 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Mattias elə həmin ildən çağrıldığı İsveç millisində isə 21 matçda meydanda olub.