Sadio Manenin "Bavariya"da alacağı məvacibin məbləği müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi 30 yaşlı yarımmüdafiəçiyə ildə 20 milyon avro ödəyəcək. Bura vergi ödənişləri daxil deyil. 

Qeyd edək ki, "Bavariya" Mane ilə 2025-ci ilədək müqavilə bağlayıb.