Münhen "Bavariya"sının rəhbərliyi komandanın futbolçusu Robert Levandovski ilə bağlı mövqeyini dəyişib.
Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi 33 yaşlı hücumçunu satmağa hazırdır. “Bavariya” polşalı oyunçunu komandada saxlamaq niyyətində deyil və onun üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, Levandovski ilə "Barselona" və PSJ-nin maraqlandığı bildirilir