Almaniyanın “Leypsiq” klubu yarımmüdafiəçisi Kristofer Nkunku ilə müqavilənin müddətini artırıb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı fransalı ilə yeni sözləşmənin müddəti 2026-cı il iyunun 30-na kimi hesablanıb. 

24 yaşlı Nkunku Bundesliqada 2021/2022 mövsümünün ən yaxşı oyunçusu seçilib. O, 34 matçda 20 qol vurub və 15 məhsuldar ötürmə edib.