Robert Levandovski "Bavariya" klubundan ayrılmaq istəyir.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi polşalı hücumçunun transfer dəyərini açıqlayıb. Belə ki, futbolçu yalnız 50 milyon avro qarşılığında "Bavariya"dan ayrıla bilər. Levandovskinin klubla müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

33 yaşlı forvardın "Barselona"ya keçmək istədiyi bildirilir.