Münhen "Bavariya"sı "Liverpul"un əsas futbolçularından biri olan Sadio Maneni heyətinə qatıb.

 Offsideplus.az xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.

Xəbərə görə, 30 yaşlı seneqallı hücumçu 40 milyon avro qarşılığında Bundesliqa təmsilçisinə transfer edilib.

Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Mane, 2016-cı ildən "Liverpul"da çıxış edir.