"Hoffenhaym" klubu baş məşqçisi Sebastyan Hönesslə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, komandanın uğursuz çıxışları fonunda 40 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
"Hoffenhaym" Hönessin başçılığı altında mövsümü 9-cu pillədə başa vurub. Komanda son 9 oyunun heç birində qalib gələ bilməyib.