Münhen "Bavariya"sının hücumçusu Robert Levandovski klubdana ayrılmaq istədiyini rəhbərliyə bildirib.
Offsideplus.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin idman direktoru Hasan Salihamidzic "Sky" telekanalına açıqlamasında deyib.
Qeyd edək ki, 33 yaşlı polşalı oyunçunun Münhen təmsilçisi ilə müqaviləsi 2022/2023 mövsümünün sonu başa çatır.