Münhen “Bavariya"sının hücumçusu Robert Levandovskinin mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilir.

Offsideplus.az xəbər verir ki, Bundesliqa klubu yeni hücumçusunu da müəyyənləşdirib. Komanda “Real”ın forvardı Luka Yoviçin polşalıya layiqli əvəzləyici olacağını düşünür. Serbiya millisinin üzvü “kral klubu”nda əsas heyətə düşə bilmədiyi üçün komandanı tərk etməyi planlaşdırır.

Tezliklə tərəflər arasında danışıqlara start veriləcək.

Qeyd edək ki, Yoviçin “Real”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.