Münhen "Bavariya"sı hücumçusu Robert Levandovskiyə qiymət qoyub.

Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi polşalı oyunçunu ən azı 40 milyon avroya satmaq istəyir.

Bundesliqa təmsilçisi yay transfer pəncərəsi zamanı 33 yaşlı oyunçunu satacağını istisna etmir.

Xarici mətbuatda yayılan xəbərlərə görə, “Barselona” və PSJ bu məbləği ödəməyə hazırdır.