Münhen "Bavariya"sının polşalı hücumçusu Robert Levandovskinin yeni klubu müəyyənləşib.

 Offsideplus.az Polşanın "TVPSPORT" nəşrinə istinadla xəbər verir ki, 33 yaşlı forvard İspaniyanın "Barselona" klubu ilə razılıq əldə edib. Mənbə Levandovskinin Kataloniya təmsilçisi ilə 3 illik müqavilə imzalayacağını yazıb.

Məlumata görə, "Bavariya" rəhbərliyi futbolçuyla 2023-cü ilin iyul ayında bitəcək müqaviləni yeniləmək niyyətində deyil.

Qeyd edək ki, Levandovski 2014-cü ildən Bundesliqa təmsilçisində çıxış edir.