Aksel Vitsel mövsümün sonunda "Borussiya"dan ayrılacaq.

Offsideplus.az "Sky Sport"a istinadən xəbər verir ki,  Dortmund təmsilçisi 33 yaşlı belçikalı futbolçunun yayda bitəcək müqaviləsini yeniləməyəcək. 

Qeyd edək ki, Belçika millisinin üzvü 2018-ci ildən Bundesliqa klubunda çıxış edir.