"Bavariya" - "Frayburq" oyununda maraqlı hadisə baş verib.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi əvəzetmə zamanı qarışıqlığa yol verib və 17 saniyə ərzində 12 futbolçu ilə oynayıblar. Daha sonra hakim oyunçunun birin meydandan çıxarıb.
"Frayburq" rəhbərliyi bununla bağlı Almaniya Futbol Federasiyasına şikayət edəcəklər. Onlar "Bavariya"ya texniki məğlubiyyətin verilməsini istəyəcəklər.
Qeyd edək ki, görüş münhenlilərin qələbəsi ilə başa çatıb - 4:1.