Tomas Müller "Bavariya"da qalacaq.

 Offsideplus.az "goal com"a istindən xəbər verir ki, 32 yaşlı futbolçu Münhen təmsilçisi ilə uzunmüddətli müqavilə bağlamaq niyyətindədir. Onun Bundesliqa nəhəngi ilə hazırkı sözləşməsi 2023-cü ildə başa çatır.

Qeyd edək ki,Almaniya millisinin üzvü 2009-cu ildən "Bavariya"da top qovur.