İtaliyanın "Parma" klubunun qapıçısı Canluici Buffon Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovdan formasını istəyib.
Offsideplus.az xəbər verir ki, bu barədə hazırda Almaniya "Şalke"sinin əvəzedici komandasında çıxış edən 31 yaşlı hücumçu açıqlama verib.
Təcrübəli forvard bildirib ki, hadisə səfərdə İtaliyaya 1:2 hesabı ilə uduzduqları AVRO-2016-nın seçmə mərhələ oyununda baş verib: "Matçdan sonra əfsanəvi qapıçıdan formasını istədim. Çox mehriban söhbət etdikdən sonra istəyimi yerinə yetirdi. Getmək istəyəndə çağırdı və o da mənim formamı istədi. Əvvəlcə tərəddüd etdim. Düşündüm ki, onsuz da bəyənməyəcək. Amma sonradan razılaşdım".
Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində 24 oyun keçirib və 5 qol vurub.(report.az)