"Bavariya"nın futbolçusu Camal Musiala COVİD-19-a yoluxub.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı oyunçunun test nəticəsi müsbət çıxıb.O, qarşıdakı bir neçə matçda komandasına kömək edə bilməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Musiala bu mövsüm Münhen klubuyla 27 oyunda 6 qol və 5 məhsuldar ötürmə edib.