Münhen "Bavariya"sı Almaniya Bundesliqasında “Leyptsiq”i 3:2 hesabıyla məğlub edib.

Offsideplus.az xəbər verir ki, həmin oyunda iştirak edən "Bavariya"nın qapıçısı Manuel Noyer yeni uğura imza atıb.

“Leyptsiq” üzərindəki qələbə Noyerin Münhen təmsilçisindəki 310-cu qalibiyyəti olub. O, bununla da, keçmiş qapıçı Oliver Kanın qələbə sayındakı rekorduna şərik olub.

Kan 310 qələbəyə 557 oyunda nail olub, Noyer isə bu saya 458 oyunda çatıb.