Nikalas Süle "Bavariya"dan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Münhen klubunun ona təklif etdiyi yeni müqaviləni qəbul etməyib. Almaniya millisinin üzvü karyerasını İngiltərdə davam etdirmək istəyir.
Qeyd edək ki, 2017-ci ildən Bundesliqa klubunda çıxış edən Süle bu mövsüm 25 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Onun müqaviləsi bu yay başa çatır.