İran millisinin və "Zenit"in hücumçusu Sərdar Azmun karyerasını növbəti mövsümdən Almaniyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı forvard Leverkuzen "Bayer"inə keçib. Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat verib. Onunla 2027-ci ildək sözləşmə imzalanıb.
O, mövsümün sonu "Zenit"lə müqaviləsi bitdikdən sonra "Bayer"ə gedəcək.
Qeyd edək ki, Azmun 2019-cu ildən Sankt-Peterburq təmsilçisinin şərəfini qoruyur.