"Yuventus" Denis Zakarianı transfer etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Turin klubu Münxenqladbax "Borussiya"sında çıxış edən 25 yaşlı futbolçunu qışda heyətinə qatmağı ilk hədəf kimi görür.

Zakarianın klubuyla sözləşməsi bu mövsümün sonu başa çatır.

Qeyd edək ki, İsveçrə millisinin üzvü Münxenqladbax təmsilçisiylə 13 maçtda 2 qol, 1 məhsuldar  ötürmə edib.