Münhen “Bavariya”sının futbolçusu Coşua Kimmix bu ilin sonuna qədər yaşıl meydanlara çıxmaqdan məhrum olacaq.
Offsideplus.az xəbər verir ki, koronavirusdan sağalan almaniyalı yarımmüdafiəçinin yan təsirlər səbəbi ilə yanvar ayının ortalarınadək oynamayacağı bildirilir.
Bu səbəbdən o, Bundesliqada “Mayns”, “Ştutqart” və “Volfsburq”la görüşlərində komandasına kömək edə bilməyəcək.