"Mançester Yunayted"in yeni baş məşqçisi Ralf Ranqnik  "Borussiya"nın ulduz hücumçusu  Erlinq Haalandı komandaya gətirmək niyyətindədir.

Offsideplus.az  Almaniyanın"Bild" nəşrinə istinadən xəbər verir ki, 63 yaşlı çalışdırıcı  Haalandın "qırmız-şeytanlar"a keçməsi üçün fikrindən döndərməyə çalışır.

Ranqnikin 21 yaşlı norveçli ulduzun atası Alf-İnqe Haalandla da arasının yaxşı olduğu bildirilib.

 

Qeyd edək ki, Haaland zədə səbəbindən  Bundesliqada 7 maçta iştirak edib və 10 qol vurmağı bacarıb.