"Borussiya"(Dortmund) klubunun əsas hücumçusu Erlinq Haaland zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin baş məşqçisi Marko Rouz məlumat verib. O, norveçli hücumçunun Bundesliqanın 13-cü turunda "Volfsburq"la oyuna komanda ilə birgə yollanacağını bildirib.
Qeyd edək ki, 21 yaşlı futbolçu zədə səbəbindən 1 aydır yaşıl meydanlardan uzaq qalıb.