Almaniya millisi və "Bavariya"nın qapıçısı Manuel Noyer mundial üçün yekun heyətdə yer almasını şərh edib.
Offsideplus.az xəbər verir ki, bərpa zamanı həm yaxşı, həm də pis günlər keçirdiyini deyib:
"Mən həmişə optimist idim və məqsədim üçün çalışırdım. Dünya çempionatında çıxış etmək istəyirdim. Müsbət əhval-ruhiyyə olmadan bu komandada yer ala bilməzdim. İndi özümü yaxşı hiss edirəm".
Xatırladaq ki, 2017-ci ilin sentyabrında zədələnmişdi. O, ağır zədədən sonra ilk dəfə bu ay Avstriya ilə yoxlama matçında iştirak edib.