"Bavariya" qışda heyətini yeni futbolçu ilə gücləndirməyi planlayır. 

Offsideplus.az xəbər verir ki, münhenlilər "Barselona"da çıxış edən 18 yaşlı yarımmüdafiəçi Pedrini transfer etmək niyyətindədir. Adı çəkilən oyunçu üçün tərəflər arasında danışıqların getdiyi bildirilib. 

 

Qeyd edək ki, Pedri 2019-cu ildən Kataloniya klubunda çıxış edir.