"Bavariya"nın ulduzu Tomas Müller üçün "Auqsburq"la matç (1:2) əlamətdar gün.
Offsideplus.az "Opta"ya istinadən xəbər verir ki, adı çəkilən 32 yaşlı futbolçu Münhen təmsilçisinin heyətində 600-cü oyununu keçirib. Bununla da, Müller sahə oyunçuları arasında 1-ci, ümumilikdə isə 3-cü pillədə yer alıb.
Qeyd edək ki, "Bavariya"da ən çox oyun keçirən sabiq qolkiper Zepp Mayerdir (661 oyun). Oliver Kan (632) ilə 2-cidir.