Münhen "Bavariya"sının baş məşqçisi Yulian Naqelsmann Almaniya kubokunun 2-ci təsnifat mərhələsinin "Borussiya" ( Münhenqladbax) ilə oyununda komandaya rəhbərlik edə bilməyəcək .

Offsideplus.az xəbər verir ki, bu barədə alman mütəxəssis özü məlumat verib. O, növbəti koronavirus testinin müsbət çıxdığını bildirib.

Qeyd edək ki, "Bavariya" - "Borussiya" görüşü oktyabrın 27-də keçiriləcək.