Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haaland budundan zədələndiyi üçün yanvara kimi oynamaya bilər.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Marko Roze norveçli ulduzun zədəsinin daha ciddi olduğunu bildirib. Mütəxəssis hələ oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağına əmin olmadığını söyləyib.
Qeyd edək ki, Haaland bu mövsüm bütün turnirlər daxil olmaqla 10 matçda 13 qola imza atıb.