Pyer-Emerik Obameyanq "Borussiya"dan ayrıla bilər.

Dortmund "Borussiya"sının hücumçusu Pyer-Emerik Obameyanq karyerasını Çində davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Quançjou Everqrand" klubu qabonlu futbolçunu transfer etmək istəyir. Çin klubu 28 yaşlı forvard üçün almanlara 72 milyon avro ödəyə hazır olduğunu açıqlayıb. Əgər "Borussiya" Obameyanqı qışda satmaq istəməsə, qarşı tərəf yaya qədər gözləyə biləcəyini istisna etməyib.

Qeyd edək ki, Çin klubu uzun müddətdir afrikalı hücumçu ilə maraqlanır.