Almaniya 2-ci Bundesliqasının 5-ci turunda “Ersgebirge” "Holştayn" komandası ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" 0:3 hesabı ilə rəqibə uduzub.
Meydana start heyətdə çıxan Nazarov 60-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 5 turdan sonra 3 xal toplayan "Ersgebirge" 18 komanda arasında 16-cıdır.