“Galatasaray”dan ayrılan Naycel De Yonqun yeni klubu müəyyənləşib.

Offsideplus.az.az xəbər verir ki, futbolçu mövsüm sonunadək Almaniyanın "Mainz" klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, daha əvvəl “Milan” və “Manchester City” kimi klublarda da çıxış etmiş De Yonq 2016-cı ilin avqustunda 2.5 milyon avro qarşılığında 2 il müddətinə “Los Angeles Galaxy” klubundan "Qalatasaray"a transfer edilmişdi. Hollandiyalı futbolçu cari mövsüm heç bir oyunda meydana çıxmayıb.