İcarə əsasında "Liverpul"da oynayandan sonra "Şalke"yə geri dönən Ozan Kabaka klub tərəfindən bir həftə vaxt verilib.

Offsideplus.az xəbər verir ki, həmin müddət ərzində 21 yaşlı müdafiəçi məşqlərdə iştirak etməyəcək və gələcək karyerası barədə qərar verəcək. 

Qeyd edək ki, Türkiyə millisinin üzvünün "Bayer"ə (Leverkuzen) keçməsi gözlənilir.