Almaniyanın “Bavariya” klubunun yeni baş məşqçisi Yulian Naqelsmann növbəti mövsümdə komandanın kapitanın kim olacağı ilə bağlı suallara aydınlıq gətirib.

Offsideplus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis növbəti mövsümdə də qapıçı Manuel Noyerin kapitan sarğısını daşıyacağını açıqlayıb. Yeni baş məşqçi 2017-ci ildən komandanın kapitanı olan Noyerin bu müddətdə inanılmaz işlər gördüyünü bildirib.

Naqelsmannın Münhen klubuna baş məşqçi təyin olunmasından sonra komandada kapitanın kim olacağı maraq doğururdu. Naqelsmann bu vəzifədə Hans-Diter Fliki əvəzləyib.