Ötən ilin sentyabrndan zədələnərək yaşıl meydanlardan kənarda qalan "Bavariya"nın qapıçısı Manuel Noyerin adı Almaniya kubokunun finalında "Ayntraxt"la oyununun sifariş ərizəsinə daxil edilib.
Offsideplus.az xəbər verir ki, qolkiper zədədən sonra ilk dəfə heyətdə yer alıb. Alman qolkiperin ehtiyat oyunçular skamyasında matça başlayacağı gözlənilir. Əsas heyətdə qapıçı Sven Ulrayxın meydana çıxacağı bildirilir.
Qeyd edək ki, "Bavariya" - "Ayntraxt" görüşü sabah keçiriləcək.