Kolumbiya yığmasının üzvü Rafael Santos Borre karyerasını Almaniyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı hücumçu “Ayntraxt” (Frankfurt) klubuna keçib.
Onunla müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, 2015-2017-ci illər aralığında “Atletiko”da çıxış edən Borrenin son klubu Argentinanın “River Pleyt” klubu olub.