"River Pleyt"dəki çıxışları ilə Avropanın diqqətini çəkən Rafael Santos Borrenin yeni iş yeri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, kolumbiyalı hücumçu karyerasını Almaniyada davam etdirəcək. Bu barədə Frankfurt "Ayntraxt"ının rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu yeni klubu ilə 4 illik, yəni 2025-ci ilə qədər anlaşıb.
Qeyd edək ki, Borre bu ilin fevralından mayına qədər "River Pleyt"də meydana çıxdığı 17 oyunda 8 qol vurmuşdu.