"Borussiya" PSV-nin futbolçusu ilə maraqlanır.

Offsideplus.az "The Guardian"a istinadla xəbər verir ki, dortmundlular Daniel Maleni heyətinə qatmaq istəyir. Klub rəhbərliyi 22 yaşlı futbolçunu "Mançester Yunayted"ə yollanacaq Ceydon Sançoya əvəzləyici gözündə görür. Hazırda niderlandlı forvardın agenti Mino Rayola "Borussiya" ilə danışıq aparır.

Qeyd edək ki, Malenin PSV ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. O, ötən mövsüm meydana çıxdığı 45 oyunda 27 qol vurub, 10 məhsuldar ötürmə verib.