Ukrayna millisinin və "Gent"in hücumçusu Roman Yaremçuk karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Offsideplus.az "Calciomercato"ya istinadla xəbər verir ki, 25 yaşlı forvardın xidmətində "Volfsburq" maraqlıdır. Belçikalılar Yaremçuku satmağa hazırdır. Lakin bunun müqavilində 25 milyon avro tələb edirlər. Almanların bu məbləğə isti yanaşmadığı bildirilir.
Qeyd edək ki, Roman 2020-21 mövsümündə "Gent"in heyətində meydana çıxdığı 43 oyunda 23 qol vurub. Avro-2020-də isə 2 oyunda rəqib qapılarına 2 dəfə yol tapıb.