Almaniyanın "Ştutqart" klubu Ömər Faruk Beyazı heyətinə qatıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 17 yaşlı yarımmüdafiəçi ilə müqavilə bağlayıb. Ömər 2025-ci ilin yayınadək "Ştutqart"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, türkiyəli futbolçu bir neçə gün öncə "Fənərbağça"dan ayrılmışdı.