Almaniyanın "Şalke" klubu iki futbolçusu ilə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, bunlar hücumçu Klas-Yan Huntelar və müdafiəçi Sead Kolaşinaçdır.
Kolaşinaç müqavilə ilə məxsus olduğu "Arsenal"a qayıdıb.
Qeyd edək ki, "Şalke" yeni mövsümdən 2-ci Bundesliqada çıxış edəcək.