Dortmund "Borussiya"sı yeni futbolçu ilə anlaşıb.
Offsideplus.az klub saytında yer alan məlumata əsasən xəbər verir ki, Qreqor Kobel bundan sonra sarı-qara formanı geyinəcək. Dortmundlular keçidin baş tutması üçün ""Ştutqart"a 15 milyon avro ödəyəcək.
Qeyd edək ki, 23 yaşlı qapıçı ötən ildən İsveçrə millisinə cəlb olunur.