Almaniya Bundesliqasının son turunda "Verder" "Borussiya" (Mönhenqladbax) ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, Bremen təmsilçisi rəqibə 4:2 hesabı ilə uduzub. Bununla da, 2020/21 mövsümünü 31 xalla 17-ci yerdə bitirən "Verder" 41 il sonra Almaniyanın TOP liqasını tərk edib.
Daha öncə "Şalke" aşağı liqaya düşmüşdü. 16-cı yerdə qərarlaşan "Köln" isə Bundesliqada çıxış etmək üçün 2-ci liqanın 3-cü yerində qərarlaşan komanda ilə pley-off matçına çıxacaq.