“Ayntraxt” klubu futbolçusu Timoti Çendlerlə müqaviləni yeniləyib.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sövdələşmə imzalanıb.

Qeyd edək ki, Çendler 2014-cü ildən “Ayntraxt”da çıxış edir.