Münhen "Bavariya"sının yarımmüdafiəçisi Xavi Martines bu mövsümün sonunda klubdan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, tərəflər yayda başa çatacaq müqaviləni yeniləməməyə qərar veriblər.

Qeyd edək ki, bundan əvvəl David Alaba və Jerom Boatenq bu mövsümün sonunda "Bavariya"dan ayrılacağını açıqlayıb.