"Borussiya"nın ulduzu Erlinq Haalandın agenti Mino Rayola futbolçusunun "Real"a mümkün transferi barədə danışıb.

Offsideplus.az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, Rayola "Kral klubu"nun Haalandı transfer edə biləcəyini açıqlayıb:

"Real" Haalandla maraqlanır və transferi qarşılayacaq pulları var. Bundan əlavə, başqa klublar da norveçli hücumçu ilə maraqlanır".

Qeyd edək ki, Erlinq Haalandın Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü  ilin yayında başa çatır.