"Auqsburq" klubunun baş məşqçisi Hayko Herrlix qovulub. 

Offsideplus.az xəbər verir ki, buna komandanın cari mövsüm uğursuz çıxışı səbəb olub. İstefaya göndərilən baş məşqçini Markus Vayntsirl əvəzləyib. 46 yaşlı mütəxəssis 2022-ci il iyunadək komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, "Auqsburq" klubu turnir cədvəlində 33 xalla 13-cü pillədə qərarlaşıb.