"Bavariya" Yulian Naqelsmannla razılığa gəlib. 

Offsideplus.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. "Leyptsiq"in çalışdırıcısının gələn mövsümdən etibarən Münhen təmsilçisində Hans Fliki əvəzləyəcəyi açıqlanıb.

34 yaşlı mütəxəssis ilə müqavilənin 20-30 milyon avro dəyərində olduğu bildirilir.