Almaniya millisi və "Bavariya"nın sabiq futbolçusu Lotar Matteus Hans Flikin "Bavariya"nı tərk edəcəyini təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, PSJ - "Bavariya" oyunundan sonra açıqlama verən Lotar Münhen təmsilçisinin mövsümün sonu 56 yaşlı mütəxəssislə yollarını ayıracağını deyib. 

"Bavariya" ciddi olaraq Yuliyan Naqelsmanla danışıqları aparır. Maliyə məsələsi belə müzakirə edilib, təkcə müqaviləni imzalamaq qalb. Hans Flik isə Almaniya millisinin sükanı arxasına keçəcək".

Qeyd edək ki, "Bavariya" cavab qarşılaşmasında 1:0 hesabı ilə qalib gəlsə də, PSJ ümumi olaraq 3:3 hesabı ilə adını yarımfinala yazdırıb.